Abbey College DLD

Abbey College DLD

Əlaqə

Abbey DLD college Birləşmiş Krallıqda ən qədim və ən nüfuzlu kolleclərdən biridir . 1931-ci ildə yaranan Abbey DLD college paytaxt şəhər olan Londonda yerləşir. 2015-ci ildən etibarən Londonun mərkəzində yerləşən Westminster və Thames çayı ətrafındakı yeni inşa olunmuş yüksək standartlara cavab verən 6 laboratoriyası, incəsənət otaqları, 100-dən artıq tamaşaçının iştirak edə biləcəyi teatr zalı, təhlükəsizlik sistemləri ilə tam təchiz olunmuş kollec daxilində yataq otaqları, üzgüçülük hovuzu və gimnastika zalına malik olan binaya köçdülər.Tələbələr təhsillərini A Levels , GCSEs ,BTECs və İnternational Foundation proqramlarında davam etdirirlər.
1994-cü ildə Cambridge şəhərində yaradılan Abbey college Cambridge beynəlxalq tələbələr üçün ən yaxşı altı kollecdən biridir və 40 ölkədən 400 tələbəyə ev sahibliyi edir. Tələbələrin Birləşmiş Krallığın top universitetlərinə daxil olması Abbey College-in əsas məqsədidir. 2018-ci ildə təhsil alan tələbələrin 99%-i A level dərəcəsini əldə etmiş, 88% tələbə A- C ilə qiymətləndirilmişdir. (3 kollecin % ortalaması)
1990 ci ildə Manchester şəhərində yaranan Abbey College Manchester-də A Level, GCSEs , BTECs proqramları tətbiq edilir. Tələbələr boş vaxtlarını futbol, basketbol, stolüstü tennis və badminton ilə məşğul olmaqla yaxud yoga , beynəlxalq film , yaradıcı yazı , fotoqrafiya kimi fəaliyyətlərlə məşğul olmaqla dəyərləndirə bilərlər.

Medium dld college london new campus 6Abbey college dld

Abbey College DLD

1931-ci ildə əsası qoyulan Abbey DLD college paytaxt şəhər olan Londonda yerləşir.
© 2020 SNG, All Rights Reserved.