SAT

SAT

SAT (Scholastic Aptitude Test) imtahanı Amerika Birləşmiş Ştatlarında yerləşən College Board tərəfindən yaradılan və idarə edilən proqramdır. Bu imtahan ABŞ-ın və Türkiyənin prestijli universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur.

Bu imtahan ABSAT (Scholastic Aptitude Test) imtahanı Amerika Birləşmiş Ştatlarında yerləşən College Board tərəfindən yaradılan və idarə edilən proqramdır. Bu imtahan ABŞ-ın və Türkiyənin prestijli universitetlərində bakalavr təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur.
SAT şagirdlərin oxuma, yazma və riyazi bilik və bacarıqlarını yoxlayan bir proqramdır.
SAT imtahanı 2 qrupa ayrılır:

  • SAT 1 – Reasoning Test
  • SAT 2 - Subject Test

SAT 1 - Reasoning Test imtahanı 3 hissədən ibarətdir:

  • Riyaziyyat (mathematics)
  • Critical Reading ( tənqidi oxuma və mətn üzrə işləmə )
  • Writing ( yazı bacarığı )

Hər bir hissə 200-800 arası balla qiymətləndirilir. İmtahanın müddəti 3 saat 45 dəqiqə davam edir.

SAT 2 – Subject test
Bu bölmə isə tələbənin spesifik fənndən biliklərini yoxlamaq üçün keçirilən 1 saatlıq test imtahanıdır. Burada kimya, fizika, biologiya, tarix, alman-dili, ispan-dili, italyan-dili fənnlərindən ibarət subject testləri mövcuddur.
Tələbə SAT imtahanına qeydiyyat etməzdən öncə müraciət etdiyi universitetdən tələb edilən SAT imtahanının növünü dəqiqləşdirməlidir və daha sonra online şəkildə imtahana qeydiyyatdan keçməlidir.
SAT imtahanına hazırlaşmaq üçün ingilis-dili səviyyəsi minimum upper-intermediate olmalıdır. SAT sertifikatının etibarlılıq müddəti 5 ildir.

GRE

GRE ( Graduate Record Examination ) Amerika Birləşmiş Ştatlarında, eləcə də digər ölkələrdə ( Kan...

DAHA ƏTRAFLI

GMAT

GMAT (Graduate Management Admission Test ) Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və ya dokt...

DAHA ƏTRAFLI
© 2018 SNG, All Rights Reserved.