GRE

GRE

GRE ( Graduate Record Examination ) Amerika Birləşmiş Ştatlarında, eləcə də digər ölkələrdə ( Kanada, Avstraliya və s.) magistr, doktorantura, aspirantura dərəcəsini qazanmaq üçün və ya biznes məktəblərinə qəbul olmaq üçün mühüm rol kəsb edən imtahan növüdür.

GRE ( Graduate Record Examination ) Amerika Birləşmiş Ştatlarında, eləcə də digər ölkələrdə (Kanada,Avstraliya və s.) magistr, doktorantura, aspirantura dərəcəsini qazanmaq üçün və ya biznes məktəblərinə qəbul olmaq üçün mühüm rol kəsb edən imtahan növüdür.
Bu test dünyada 160-dan çox ölkədə 1000-dən çox test mərkəzində keçirilir. İmtahan Educational Testing Service (ETS ) tərəfindən idarə edilir.
GRE imtahanı 2 qrupa ayrılır:

  • GRE General test (Ümumi test )
  • GRE Subject test ( Xüsusi fənn üzrə test )

GRE Ümumi test – Dünyada bir çox universitetlər məhz bu testdən keçməyi tələb edir.
GRE Ümumi test 3 bölmədən ibarətdir:

  • Verbal Reasoning ( Şifahi təhlil ) - Bu bölmə hər hissəsi 20 sual olan 2 hissədən ibarətdir. Hər hissəyə 30 dəqiqə vaxt verilir. Burada verilən materialı oxumaq, anlamaq və təhlil etmək kimi bacarıqlar yoxlanılır. 130-170 bal hesablama sisteminə görə görə qiymətləndirilir.

  • Quantitative Reasoning ( Kemiyyet tehlili ) - Bu bölmə hər biri 20 sualdan ibarət olan 2 hissədən ibarətdir. Hər hissə üçün 30 dəqiqə vaxt ayrılır. Burada riyaziyyat, həndəsə, riyazi məntiqdən suallar və tapşırıqlar olur. 130-170 bal şkalasına görə qiymətləndirmə aparılır.

  • Analytical Writing ( Analitik yazı ) – Bu bölmənin 2 hissəsi vardır və hər hissəni 30 dəqiqə əzinərdə bitirmək lazımdır. Bu hissələr isə esselərdən ibarətdir. 0-6 bal sisteminə görə qiymətləndirilir.

Ümumi olaraq GRE testi 4 saat davam edir. Bu imtahan orta hesabla hər 2 aydan bir keçirilir.
GRE Subject test – Bu imtahan xüsusi ixtisas üzrə hazırlaşan tələbələr üçündür. Test 8 fənni əhatə edir: Biokimya, Biologiya, Kimya, Komputer elmi, ingilis-dili ədəbiyyatı, riyaziyyat, fizika və psixologiya. GRE Subject testi yazılı şəkildə aparılır.
GRE imtahanından online şəkildə və ya e-mail vasitəsiylə qeydiyyatdan keçmək mümkündür. İmtahan tarixləri, son qeydiyyat tarixi ve digər məlumatlar üçün gre.org saytına daxil ola bilərsiz.
GRE sertifikatı 5 il ərzində keçərlidir.

SAT

SAT (Scholastic Aptitude Test) imtahanı Amerika Birləşmiş Ştatlarında yerləşən College Board tərə...

DAHA ƏTRAFLI

GMAT

GMAT (Graduate Management Admission Test ) Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və ya dokt...

DAHA ƏTRAFLI
© 2018 SNG, All Rights Reserved.