GMAT (Graduate Management Admission Test ) Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və ya doktorantura dərəcəsində təhsil almaq istəyən tələbələr üçün təşkil olunan imtahandır. Bu imtahan computer-adaptiv testdir yəni kompyuter vasitəsiylə keçirilir. GMAT üç seksiyadan ibarətdir:
- Analitical Writing Assessment ( dəqiq verilmiş mövzulu yazılı esse )
- Quantitative (riyazi məsələlər )
- Verbal (ingilis dilindən biliklərin yoxlanılması )
Test 5 saat davam edir.
Testin nəticələri 200-dən 800-dək balla qiymətləndirilir. GMAT imtahanından 650 bal toplamaqla MBA təhsili almaq olar, amma yüksək səviyyəli universitetlər 700 və daha artıq bal tələb edə bilər.
Hal-hazırda dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər.*