StudyNet Group Xaricdə Təhsil sərgisi 2023

Şənbə, 11 Mart 12:00

StudyNet Group Xaricdə Təhsil sərgisi 2023

Əlaqə

Baku, Azerbaijan

We are pleased to invite you to StudyNet Spring Fair 2023 which will be held from 12:00 to 18:00 on the 11th of March, 2023.

Qeydiyyatdan Keç

Gələcək təhsillərini yüksək keyfiyyətli, beynəlxalq universitetlərdə davam etdirmək istəyən gənclərin nəzərinə!

Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istəyirik ki, StudyNet Group yenidən Beynəlxalq reytinqli təhsil müəssisələrini bir araya toplayacaq təhsil sərgisi təşkil edir!

StudyNet Group şirkəti uzun müddət fəaliyyət göstərdiyi illər ərzində Birləşmiş Krallığın, eləcə də Amerika və Avropanın ən qabaqcıl universitetləri ilə sıx əməkdaşlıqlar qurmuş və yaranan bu uğurlu tərəfdaşlıqlar sayəsində, Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək vermişdir. Şirkətimizin 10 ildən artıq təcrübəyə sahib təhsil məsləhətçiləri sizə universitet və proqram seçimində yardımçı olmağa, həmçinin elmi göstəricilərinizə və xəyalını qurduğunuz ali təhsilə ən uyğun olan variantı seçməkdə köməklik göstərməyə hazırdırlar.

Aşağıda sadalanan beynəlxalq reytinqli universitetləri bir ünvanda toplayacaq Xaricdə Təhsil Sərgisi Landmark Baku-da keçiriləcəkdir. Sərgidə iştirak etməklə siz, Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən olan universitetlərin rəsmi nümayəndələri ilə birbaşa görüşə, sizə uyğun proqram seçimi haqqında, eləcə də, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və qazanacağınız təcrübə haqqında geniş məlumat ala bilərsiniz.

Hər il keçirilən xaricdə təhsil sərgisinin ən üstün tərəflərindən biri də ondan ibarətdir ki, burada tələbələr ilə yanaşı valideynlər də universitetlər və məktəblər haqqında məlumat alaraq doğru seçim etmək fürsəti qazanırlar.

2023 Xaricdə Təhsil Sərgisində aşağıda sadalan universitetlər rəsmi şəkildə təmsil olunacaqdır:

  • University of Westminster
  • Heriot-Watt University
  • Kaplan International Pathways
  • Coventry University
  • Swiss Education Group
  • Essex University
  • EU University
  • University of East London
  • EU Business School
  • Oxford International University Partnerships
  • IMI International Management Institute
  • Hult International Business School
  • Swiss School of Business and Management Geneva
  • Webster University Geneva
  • City University of London
  • Duke Education
  • Barton Business School
  • EU Business School
  • QS Schools Group
  • Barcelona Executive Business School / BEBS

Siz də StudyNet Group-un təşkilatçılığı ilə baş tutacaq 2023 Xaricdə Təhsil Sərgisində iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin.

Tarix: 11 MART, 2023-cü il
Saat: 12:00-dan 17:00-dək
Ünvan: Landmark Baku, Rotunda

Dünyanın reytinqli və yüksək təhsil keyfiyyətinə görə nüfuzlu keçmişə sahib olan universitetləri ilə görüşmək və gələcək istiqamətinizi müəyyən etmək fürsətini qaçırmayın!

Baku, Azerbaijan

Qeydiyyatdan Keç
© 2018 SNG, All Rights Reserved.