Xidmət Ödənişi

Şərtlər

Şərtlər

Razılaşmanın şərtləri

  1. Razılaşmanın predmeti.
    1. “İcraçı” “İcraçı” nın nəzdində olan tədris müəssisəsində təşkil olunan dil (ingilis) və fənnlər üzrə kurslarda “Sifarişçi”nin iştirakını təmin etmək, xarici ölkələrin birində yerləşən təhsil müəssisəsində “Sifarişçi”nin seçdiyi ixtisasa uyğun olaraq təhsil alması üçün xaricdə yerləşən təhsil müəssisəsindən müvafiq razılığın alınması, xarici ölkəyə səfərin təşkil edilməsi (uçuş biletlərinin və vizanın əldə edilməsi) və yerləşdirilməsi ilə əlaqədar “Sifarişçi”yə zəruri xidmətlər göstərir, “Sifarişçi” isə bunun müqabilində “İcraçı”ya xidmət haqqı ödəyir.
  2. Tərəflərin öhdəlikləri
    1. “İcraçı” öhdəsinə götürür:
      1. “İcraçı”nın nəzdində olan tədris müəssisəsində təşkil olunan kurslarda “Sifarişçi”nin qeydiyyatını aparmaq və müvafiq dərs cədvəli ilə təmin etmək
      2. Kurs müddətində “Sifarişçi”nin göstəricilərinə uyğun təyin olunmuş sayda dərslərdə iştirakını təmin etmək
      3. “Sifarişçi”nin müvafiq tədris vəsaitləri ilə təmin etmək
      4. Kursu müvəffəqiyyətlə tamamlaması üçün dərs saatlarının artırılması lazım gəldikdə “Sifarişçi”niəlavə qiymətlərlə tanış etmək; qarşılıqlı razılıq əldə olunan zaman dərs cədvəlinə müvafiq dəyişiklik etmək
      5. “Sifarişçi” kursu başa vurduqdan sonra yekun sertifikat imtahanı təşkil etmək və imtahan nəticəsinə uyğun olaraq müvafiq Sertifikatla təltif etmək
      6. Xaricdə yerləşən təhsil müəssisəsinə qəbul şərtləri ilə “Sifarişçi”ni tanış etmək;
      7. Xaricdə yerləşən təhsil müəssisəsi ilə danışıqlar, yazışmalar aparmaq;
      8. Tələb olunan və “Sifarişçi” tərəfindən təqdim edilmiş sənədlərin, arayışların əsli və elektron nüsxəsini Xaricdə yerləşən təhsil müəssisəsinə vaxtında göndərmək;
      9. Xaricdə yerləşən təhsil müəssisəsi tərəfindən “İcraçı”nın ünvanına daxil olmuş “Sifarişçi”yə aid qəbul, dəvət və digər zəruri sənədlərin əslini və elektron nüsxəsini “Sifarişçi”yə təqdim etmək;
      10. “Sifarişçi”nin istəyi ilə onu xarici ölkədə yerləşdirmək üçün yaşayış yeri rezerv etmək;
      11. Yaşayış yerində qalmaq üçün əvvəlcədən depozit ödəmək tələb olunursa, depozitin məbləği və ödəmə tarixi barədə “Sifarişçi”yə məlumat vermək;
      12. Səfərə çıxmaq zərurəti yarandıqda tələb olunan istiqamət üzrə “Sifarişçi”ni aviabiletlə təmin və təyinat məntəqəsində qarşılanmasını təşkil etmək;
      13. Təhsil dövrü ərzində sığorta şirkətlərindən “Sifarişçi” üçün etibarlı tibbi və səfər sığortasını əldə etmək;
      14. “Sifarişçi”ni xarici ölkədə zəruri məlumat dəstəyi ilə təmin etmək üçün onun əlaqə saxlayacağı məsul şəxsi müəyyən etmək.
      15. “Sifarişçi”nin xaricdə yerləşən təhsil müəssisəsindən xaric edilməsinə, bu və ya digər səbəblərdən təhsilinin başa vurmamasına görə “İcraçı” məsuliyyət daşımır.
    2. “Sifarişçi” öhdəsinə götürür:
      1. “Sifarişçi”yə etibar edilmiş maddi vəsaitlərin (dərs vəsaitləri, elektron qurğular, sinif otağındakı avadanlıqlar) istifadə qaydalarına riayət etməli, zədələnməsinə, məhv olmasına şərait yaratmamalıdır.
      2. “İcraçı”nın təqdim etdiyi dərs cədvəli üzrə dərslərə davamiyyətini təmin etmək (“Sifarişçi”tərəfindən buraxılmış dərslərə görə “İcraçı”məsuliyyət daşımır).
      3. Xaricdə yerləşən təhsil müəssisəsinə qəbulla əlaqədar müvafiq elektron sistemdə qeydiyyatdan keçmək üçün tələb olunan məbləği “İcraçı”ya ödəmək;
      4. Xaricdə yerləşən təhsil müəssisəsinə qəbul olmaq üçün zəruri olan sənədləri “İcraçı”ya təqdim etmək;
      5. Xarici ölkədə seçdiyi zonada yaşayış yerinin rezerv olunması üçün tələb olunduğu təqdirdə depozit hesaba pul köçürmək;
      6. “İcraçı” vasitəsilə aviabiletlər alındıqda, tibbi səfər sığortası əldə edildikdə, viza açıldıqda uçuş biletlərinin, səfər sığortasının və vizanın haqqını “İcraçı”ya ödəmək;
      7. Qəbul müraciətinin tələbi olaraq “Sifarişçi” “İcraçı” tərəfindən bildirilən beynəlxalq ingilis dil göstəricisini toplaması.
      8. “İcraçı” tərəfindən Xaricdə yerləşən təhsil müəssisəsinə qəbul sənədləri alındıqdan sonra “Sifarişçi” xidmətdən imtina edərsə, bununla əlaqədar çəkilmiş xərclər “Sifarişçi”yə geri ödənilmir.
  3. Qiymət və ödəniş qaydası
    1. Müqavilə üzrə razılaşdırılmış ödəniş 5 (beş)gün ərzində “Sifarişçi” tərəfindən “İcraçı”ya odənilməlidir
  4. Fors-Major
    1. Tərəflərdən heç biri təbii fəlakətlərin və tərəflərin iradəsindən asılı olmayan digər fors-major hallarının (yanğın, zəlzələ, daşqın və digər təbii fəlakətlər, müharibə, blokada, dövlət orqanları tərəfindən qadağa qoyulması və s.) əmələ gəlməsi səbəbdən müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
    2. Fövqəladə vəziyyət (fors-major) aradan qaldırıldıqdan sonra tərəflərin qarşılıqlı razılığı əsasında gələcək fəaliyyət və hərəkətlər barədə qərar qəbul olunur.
    3. Fors – major vəziyyətləri 45 (qırx beş) təqvim günündən çox davam etdikdə, tərəflərdən hər biri birtərəfli surətdə müqavilədən imtina edə bilər.