University of Central Florida

University of Central Florida

Əlaqə

University of Central Florida Amerikanın Florida ştatında yerləşən ən qədim tarixə malik dövlət universitetlərindən biridir. Əsası 1968-ci ildə qurulmuş University of Central Florida ilk olaraq Florida Texnologiya Universiteti olaraq adı altında fəaliyyət göstərirdi. Amerikanın qabaqcıl universitetlərindən biri olan University of Central Florida kifayət qədər yüksək reytinqə və büdcəyə sahibdir.
US News & World Report 2018 Amerika dövlət universitetləri sıralamasında UCF 171-ci olmaqla yanaşı mühəndislik proqramları üzrə isə ən yaxşı universitetlər arasında 82-ci yerdə sıralanmışdır. CEO jurnalının açıqlamasına görə Qonaqlama və hotel menecmenti üzrə UCF dünya universitetləri arasında 2-ci yerdədir.
Universitetdə akademik heyəti 10 mindən çox professor və ixtisaslı müəllimlərdən ibarətdir. 67,500 tələbənin təhsil aldığı universitetdə beynəlxalq tələbələr ümumi tələbə sayının 3.2 %-ni təşkil edir. UCF yüksək standartlara cavab verən kampusları tək Orlando da deyil həmçinin digər regionlarda (Cocoa, Clermont, Daytona Beach, Kissimmee, Leesburg, Ocala, Palm Bay, və Sanford) da mövcuddur. Universitetin mərkəzi kampus digər universitetləri nümunə olacaq dərəcədə unikal bir mühitə sahibdir.
Çox sayda geniş kampusa sahib olan universitetin kampusları müasir və təhlükəsiz bir mühitə sahibdir. Universitetin kampusunda yerləşən yataqxanalarında limitli sayda yer olmasına baxmayaraq, beynəlxalq tələbələr yataqxana xidmətləri ilə qarantili şəkildə təmin olunurlar.
Universitetin karyera xidməti tələbələrin təhsil müddətində təhsil aldıqları ixtisasa uyğun olaraq dövlət müəssisələrində və ya özəl şirkətlərdə təcrübə proqramında iştirakına dəstək göstərir.
University of Central Florida universiteti çox geniş bir məzun şəbəkəsinə sahibdir. Universitet məzunları arasında məşhur dövlət nümayəndələri, incəsənət adamları, sahibkarlar və başqa sənət sahiblərinin adları çəkilir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Beynalxaq münasibətlər
  • Biznes, Maliyyə və İqtisadiyyat
  • Təhsil Elmləri
  • Mühəndislik
  • Turizm
  • Hüquq
  • Memarlıq,İncəsənət və Dizayn
  • Musiqi
  • Tibb elmləri
  • Sosiologiya
  • İdman

Tələb olunan sənədlər
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium ucf 40834532 e1452984493614University of central florida

University of Central Florida

Amerikanın Florida ştatında yerləşən universitet 1968-ci ildə qurulmuş müasir və təhlükəsiz bir mühit ilə əhatələnmişdir.
© 2019 SNG, All Rights Reserved.