The University of Illinois at Chicago

The University of Illinois at Chicago

Əlaqə

Dünyanın ən enerji dolu şəhəri olan Chicago da yerləşən Illinois University at Chicago dövlət tədqiqat universitetidir. Wall Street Journal və Times Higher Education reytinqlərinə görə, ABŞ-da ən yaxşı 23-cü dövlət universiteti seçildi. Universitet daxilində yüksək keyfiyyətli Richard J. Daley kitabxanası, oxu zalları, laboratoriyalar tələbələrin istifadəsinə verilir. Kampusda kompleks təhsil resursları, sağlamlıq mərkəzi, idman və fitness mərkəzləri altı zolaqlı üzgüçülük hovuzu bu kimi əlavə imkanlar mövcuddur. Universitet tərəfindən təklif edilən 86 bakalavr proqramı, 99 magistr, 65 doktorantura, 53 müxtəlif qısa sertifikat proqramları sizin maraqlarınıza uyğun təklif edilmişdir. Dünyanın müxtəlif ölkələrindən təxminən 30 min tələbə burada təhsil alır. Bu xüsusiyyət tələbələrə təhsil və karyera perspektivlərini eləcə də dünya görüşünün formalaşmasına kömək edən mühit yaradır. U.S. News World –in 2017-ci il reportuna əsasən kolleclər və universitetlər arasında 145-ci yerdə qərarlaşmışdır. Bundan əlavə Best Value School arasında 124-cü ən yaxşı universitet və ABŞ-ın TOP Dövlət Universitetləri arasında reytinq üzrə 73-cü olaraq sıralanmışdır. İllinois Universiteti Ən yaxşı Mühəndislik Programları ( Bakalavr üzrə) arasında 70-ci sıradadır. ABŞ Universitetləri reytinqində ( US Rankings 2018) Universitet 111-ci, Dünya reytinqində (World University Rankings 2018) isə 251-300-cü yerdədir. Tələbələrin təhsil aldığı müddətdə hər zaman bir çox sahələrdə tələbələrə dəstək olur . Kampus, özəl əlil mərkəzindən və karyera inkişaf xidmətindən, CV-i yazılmasında, aldıqları təhsil üzrə şəhərdə təcrübə keçmək kimi bütün sahələrdə kömək edir.
Tutorium in Intensive English, 1978-ci ildən bəri 18 yaş üstü tələbələr üçün xüsusi kurslar hazırlayır. Kampusda mövcud olan Tutorium işəgötürənlər, işçilər və xüsusi qruplarla praktiki məqsədlər qoymaq və bu məqsədlərə nail olmaq üçün proqram hazırlamaq üçün işləyir. Proqramların müxtəlif ölçüləri, yeri və mərkəz nöqtələri var. UIC teatrla maraqlanan tələbələr üçün müxtəlif imkanlar təklif edir.Universitet tələbələrin iştirakı üçün idman komandalarından media imkanlarına qədər dəyişən 500-dən çox klub və tədbirə ev sahibliyi edir. İl ərzində təşkil olunan moda nümayişi, əyləncə sərgisi və Spark in the Park adlı musiqi festivalı kimi tələbələr üçün müxtəlif tədbirlər təşkil edilir.
Universitetin təşkil etdiyi konsertlər, mədəni tədbirlər, festivallar və idman tədbirləri Credit Union 1 arenasında keçirilir. Tələbələr müasir musiqi, caz və klassik musiqilərdə həftəlik pulsuz konsertlərdə iştirak edə bilərlər. Tələbələrin əksəriyyəti kampusun şərq tərəfində, Commons North, Commons South, Commons West ve Courtyard tələbə yataqxanalarında qalır.
Kampusun cənubundakı tələbə yataqxanalarında olan tələbələr, James Stuken Towers, Marie Robinson Hall, Tomas Beckham Hall, Chicago mənzərəsi olan otaqlarda yerləşdirilir.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes və Menecment
  • Marketing
  • Biomedikal elmlər
  • Psixologiya
  • Mühəndislik
  • Tibb sahəsi üzrə elmlər

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı
( IELTS və ya TOEFL)

Medium dg11 09 07 082 smThe university of illinois at chicago

The University of Illinois at Chicago

Chicago şəhərində da yerləşən Illinois University-də Richard J. Daley kitabxanası, oxu zalları, müasir laboratoriyalar tələbələrin istifadəsinə verilir.
© 2019 SNG, All Rights Reserved.