Louisiana State University

Louisiana State University

Əlaqə

Lousiana State University məzunu kimi tələbələrin  Kraft, Ralph Lauren, DreamWorks, CNN, Nike, Ernst & Young, və Shell kimi məhşur şirkətlərlə əlaqəsi olacaq. Universitet tələbələrinin məşhur şirkətlərin məlumat bazalarına girişi vardır və tələbələrin öz bizneslərini yaratmaq üçün bütün dəstək universitet tərəfindən verilir.
Luiziana ştatının Baton Rouge şəhərində Missisipi çayı yaxınlığında yerləşən universitet Yeni Orleanla Kajun ölkəsi arasında yerləşib cazzın və mardi gras festivalının vətəni hesab edilir. Universitetin Biznes Kolleci, Mühəndislik Kolleci, Hüquq Kolleci və s olmaqla həm bakalavr həm də magistr üzrə müxtəlif programları vardır. Universitet tərkibində tələbələrin iştirakı üçün açıq olan 350-ə qədər təşkilat və cəmiyyət vardır. Luisiana State Universiteti 1860-ci ildə yaradılmış və ABŞ-ın dövlət universitetidir. Ümumilikdə hər il universitetə edilən 467 milyon dollar ianə tədqiqat və universitet ləvazimatlarının yaxşılaşdırılmasına xərclənir. Bütovlükdə 36 mindən çox 100 müxtəlif ölkədən olan tələbə, fakültə və heyətini özündə birləşdirir.

  • Neft və Qaz sahəsinə görə ABŞ da Top 7 universitet seçilmişdir.
  • Mühəndislik sahəsinə görə dünyada Top 100-ə daxildir.
  • ABŞ-ın National Universities reytinqinə görə isə universitet 133-cüdür

Bütün dünya üzərindən 230 mindən çox məzunu olan universitetin məzunları arasında dünyaca məşhur
mühəndislər (Renee Horton, NASA-da aparıcı mütəxəssis), jurnalistlər (Amy Brittain-Vaşinqton Postda
fəaliyyət göstərən, məhşur Pulitzer mükafatçısı), Makretoloqlar , Musiqiçilər (Oska r mükafatçısı məhşur
musiqiçi Vilym Bill Conti), İdmançılar (Shaquelle Rashaun Oneal NBA çempionu) vardır.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Biznes Menecment
  • Marketing
  • Mühəndislik
  • Bio-tibbi elmlər
  • Jurnalistika
  • Kommunikasiya

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL

Medium lsusign1 1502213459Louisiana state university

Louisiana State University

1860-ci ildə yaradılmış Lousiana State Universitetində təhsil alan tələbələrin məşhur şirkətlərin məlumat bazalarına girişi var.
© 2019 SNG, All Rights Reserved.