IUBH University of Applied Sciences, Bad Honnef, Berlin

IUBH University of Applied Sciences, Bad Honnef, Berlin

Əlaqə

IUBH University of Applied Sciences 1998-ci ildə Bonn şəhərinin yaxınlığında Bad Honnef şəhərində özəl biznes məktəbi kimi təsis edilmişdir. Universitetin Bad Honnef, Bad Reichenhall və Berlində kampusları mövcuddur. IUBH Universitetinin müasir kampusu Bad Honnef, Almaniyanın Bad Honnef şəhərinin qəlbində, mənzərəli St Peter Park və Anno Parkı ərazisində yerləşir. Düsseldorf şəhəri 1 saatlıq məsafədə, Köln şəhəri isə yarımsaatlıq məsafədə yerləşmişdir.
Ümumilikdə, IUBH kampusunda təxminən 9000 tələbə təhsil alır. Universitetdə tədris dünya üzrə tanınmış universitetlərdən məzun olmuş və illərlə təcrübəsi olan biznes və turizm idarəçiliyindən olan professorlar tərəfindən tədris olunur. Tədris ingilis və alman dilində keçirilir. Universitet yüksək səviyyəli menecerlərin iştirakı ilə "CEO-dan dərslər" təşkil edir, karyera xidməti tələbələrə staj və məşğulluq üçün tövsiyələr verir. IUBH universitetində təhsil alan tələbələr Almaniyanın Airberlin, Deutsche, Lufthansa, Koln Bonn hava limanında və digər böyük Alman şirkətlərində təcrübə keçirlər. Belə təşkilatlarla qarşılıqlı əlaqələr məzunların kariyeralarında müvəffəqiyyətli olmalarına dəstək olur. Tələbələrin 75% -i məzuniyyətdən 3 ay sonra işlə təmin olunur.
IUBH univesiteti uzun illər Şimali və Cənubi Amerika, Asiya, Avstraliya və Avropada universitetlərlə geniş əməkdaşlıq edir.
Universitet tələbələrə tədris olunan proqramı başqa ölkədə tamamlama imkanıda tanıyır. Bu təcrübə sizin dilinizi və mütəxəssis biliklərinizi birbaşa beynəlxalq mühitdə şirkətlərdə tətbiq etmək imkanı verir.
IUBH universitetinin bütün proqramları FIBAA (Beynəlxalq Biznes İdarəsi Akkreditasiya Fondu) tərəfindən və 2009-cu ildə German Council of Science and Humanities tərəfindən akkreditə olunmuşdur. Universitet 2014-ci ildə CHE-Ranking tərəfindən Almaniyanın ən yaxşı özəl universitetləri arasında yer almışdır.

Təhsil proqramları (bakalavr, magistr )

  • International Management
  • Aviation Management
  • Hospitality Management
  • Tourism Management
  • International Marketing Management
  • International Event Management
  • International Tourism Management
  • MBA International Business
  • MBA Aviation
  • MBA Big Data Management
  • MBA Health Care Management
  • MBA Engineering Management
  • MBA Clinical Research Management
  • MBA Hospitality

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, İngilis- dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium cs bad honnef 02 teaser quer 1600x996Iubh university of applied sciences bad honnef berlin

IUBH University of Applied Sciences, Bad Honnef, Berlin

Universitetin əsası Bonn şəhərinin yaxınlığında Bad Honnef şəhərində 1998-ci ildə qoyulmuşdur.
© 2020 SNG, All Rights Reserved.