Internatıonal Unıversıty ın Geneva

Internatıonal Unıversıty ın Geneva

Əlaqə

International University in Geneva - İsveçrənin qabaqcıl biznes məktəblərindən olan akkreditasiya olunmuş ali təhsil müəssisəsidir. Universitetin administrativ sistemi, İsveçrənin Daxili işlər üzrə Federal Departamenti tərəfindən təsdiq olunmuş Xartiyada qeydiyyatdan keçib.

IUG universitetinin əsası 1997-ci ildə qoyulub və ilk qəbul ilinə 200 tələbə başlayıb. Hal-hazırda universitet dünyanın 60 ölkəsindən gələn tələbələrə bakalavr və post-bakalavr pilləsi üzrə ali dərəcə proqramları təklif edir. Bunlara 11 ali dərəcə üzrə təhsil proqramları, 22 mübadilə proqramı, İngiltərənin Plymouth və Amerikanın Boston Universiteti ilə birgə əməkdaşlıqda tədris olunan ikiqat dərəcə proqramları daxildir.

IUG universitetində tədris olunan proqramlar əsasən Biznes Administrasiyası, Beynəlxalq Əlaqələr, Media və Rəqəmsal sahəsi üzrə təklif olunur.

International University in Geneva universitetinin müasir kampusu BMT-nin Cenevrədəki binasının yaxınlığında yerləşir. Kampusun ərazisində tədris korpusu və inzibati korpus, kitabxana, tələbə mərkəzi, komputer mərkəzi, akademik və karyera məsləhət ofisləri fəaliyyət göstərir.

Təhsil proqramları

Bakalavr dərəcəsi:

  • Biznes Administrasiyası + Biznes Menecment (Plymouth Universiteti - İngiltərə)
  • Beynəlxalq Əlaqələr və Diplomatiya
  • Rəqəmsal Media
  • Beynəlxalq Menecment
  • Kompüter Elmi

Magistratura dərəcəsi:

  • MBA
  • Biznes Analitikası
  • MBA - Satış və Marketinq
  • Rəqəmsal media
  • Beynəlxalq Menecment
  • Beynəlxalq Ticarət
  • Beynəlxalq əlaqələr və Diplomatiya
  • Beynəlxalq əlaqələr (Plymouth universiteti - İngiltərə)

Doktorantura:

  • Biznes Administratsiyası (DBA)
  • Dövlət Administrasiyası (DPA)

International University in Geneva

Medium iug geneva university 15Logo iug

Internatıonal Unıversıty ın Geneva

International University in Geneva - İsveçrənin ən qabaqcıl biznes məktəblərindən biri olmaqla, akkreditasiyadan keçmiş tədris müəssisəsidir. Universitetin idarəetmə sistemi İsveçrə Daxili işlər üzrə dövlət Federal Departamenti tərəfindən təsdiq edilən Xartiyada qeydiyyatdan keçib.
© 2020 SNG, All Rights Reserved.