Bath Spa University

Bath Spa University

Əlaqə

Bath Spa Universiteti 160 ildir sənət və dizayn tədris edir. Universitetin əsas kampusu İngiltərədə YUNESKO-nun dünya mirası şəhərlərindən biri olan Bath şəhərində yerləşən Böyük Britaniyanın ən gözəl kampuslarındandır. Bath Spa Universiteti 1852-ci ildə Bath İncəsənət Məktəbi kimi açılmışdır. 2005-ci ildə Universitet statusunu alıb. Bath Spa Universiteti İngiltərənin Bath şəhərindəki ictimai bir universitetdir. Cornwall torpaqlarının Duchy şəhərindəki Newton Parkda yerləşən əsas kampusu var.

Universitet dörd fakültə üzrə ixtisaslaşmışdır :

  • Mühəndislik və dizayn,
  • Humanitar və sosial elm,
  • İdarəetmə
  • Elm

2014-cü ilin Milli Tələbə Anketi nəticələrinə əsasən, tədris keyfiyyətinin 89%-ni əldə etmişdir. Bath Spa Universiteti Milli Mükəmməllik Mərkəzi tərəfindən yaradıcılıq və mədəniyyətin ən yaxşı məktəblərindən biri kimi təyin olundu. Universitet 2005,2006,2008-ci illərdə Sunday Times tərəfindən İngiltərənin ən yaxşı müasir 10 universiteti sırasına daxil edilmişdir. 2016-cı ildə də həmçinin Sunday Times tərəfindən İngiltərənin ən muasir 8-ci universiteti adlandırılıb. Bath Spa Universiteti İngiltərənin 5 yaradıcı universitetlərindən biridir. The Guardian 2016-cı ildə Universiteti Böyük Britaniyada film istehsalı və fotoqrafiya sahəsində 23-cü yerdə sıralayıb.
Universitet Milli Tələbə Araşdırmalarında 3 il davamlı yüksəlişə imza atdı və 2015-ci ildə Bath Spa Universiteti 90%-lik tələbə məmnuniyyəti ilə İngiltərədə 20-ci sırada yer alıb. İncəsənət və Dizayn, Təhsil, İngilis və Creative Writing, Musiqi və Səhnə Sənətləri, Əlaqə və Media Tədqiqatları ilə əlaqədar son dərəcə müvəffəqiyyətli araşdırmalara malikdir. İngiltərə 2015 Liqa sıralamasında 69-cu sırada iştirak edən Bath Spa Universiteti 5.7 milyon GBP dəyərində mükafatlı bir teatr salonuna malikdir.

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium rsz untitled 1 1980x853Bath spa1

Bath Spa University

Sənət və dizayn üzrə ixtisaslaşmış Bath Spa Universiteti Mükəmməllik Mərkəzi tərəfindən yaradıcılıq və mədəniyyətin ən yaxşı tədris müəssisələrindən biri kimi təyin olunmuşdur.
© 2019 SNG, All Rights Reserved.