Adelphi University

Adelphi University

Əlaqə

Adelphi University ABŞ-ın ən qabaqcıl universitetlərindən biridir. Universitetin əsası 1896-cı ildə qoyulmuşdur. Long İsland-da yerləşən bu universitet ən qədim universitetlərdən biri hesab edilir. Adelphi universitetinin devizi Vita Sine Litteris Mors Est latınca elmsiz həyat ölümə bərabərdir anlamına gəlir. Bu devizin əsas məqsədi universitetin qarşısına məqsəd olaraq qoyduğu qaydaları qısa sözlərlə ifadə edir. Adelphi Universitetinin biznes departamenti ACCSB tərəfindən dünya üzrə akkreditasiya olunmuş 5% universitetlərdən biridir. Adelphi Universiteti reytinqinə görə National Universities -ə əsasən 151-ci, High School Counselor Rankings-ə görə 228-ci yerdədir.
Dünyanın 50-dən artıq müxtəlif ölkəsindən minlərlə tələbə Adelphi universitetinin təklif etdiyi 60 bakalavr və 18 magistr dərəcəsi üzrə təhsil alırlar. Akademik heyətin tərkibi isə 1013 nəfər ixtisaslı müəllim və professorlardan ibarətdir. Öz sahəsi üzrə ekspertlərdən təşkil edilmiş fakültə üzvləri hər bir tələbəsinə xüsusi diqqət ayırır. Universitetin tədris proqramı biznes dünyasında lider olan mütəxəssislər tərəfindən daim yenilənir. Universitet tələbələri üçün təşkil edilən təcrübə proqramları və seminarlar onların biznes mühitində təcrübə qazanmalarına biləvasitə kömək edir. Adelphi Universiteti dünyanın biznes və maliyyə paytaxtı hesab edilən Nyu York şəhəri yaxınlığında (Garden City) yerləşir. Universitetin yerləşmə yeri tələbələrə şərait yaradır ki, dinamik şəhər həyatı ilə birgə kiçik universitet mühitində təhsil almaq imkanından yararlana bilsinlər.
Universitetin karyera xidməti tələbələr təhsil aldıqları müddətdə ən azı bir dəfə dünyanın ən tanınmış şirkətlərində təcrübə proqramlarında iştirak imkanı yaradır və bu proqramlar universitet tələbələrinə işləmək və öz təhsil aldıqları sahəyə uyğun təcrübə toplamağa yardımçı olur.
Universitetin məzunları arasından məşhur adlar nəzərə çarpır (Adelphi University are Chuck D, Robert B. Willumstad, Alice Hoffman, Jonathan Larson, Meredith Eaton, Paul Ekman, Donna Orender, Mike Windischmann, Karen Fraction, Gary Dell Abate, Gary Sullivan, Edolphus Towns, Gregory Meeks, Earlene Hill Hooper) həmin şəxslər ki, elm və mədəniyyət dünyasında tanınırlar və yaşadığımız cəmiyyətə töhvəsi olan insanlardır.

Təhsil proqramları ( bakalavr, magistr və doktorantura)

  • Beynəlxaq münasibətlər
  • Biznes, Maliyyə və İqtisadiyyat
  • Təhsil Elmləri
  • Mühəndislik
  • Hüquq
  • Memarlıq,İncəsənət və Dizayn
  • Musiqi
  • Tibb elmləri
  • Sosiologiya
  • İdman

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium grpp48bua5ficiq4Adelphi university

Adelphi University

Amerikanın qabaqcıl universitetlərindən sayılan Adelphi Universitetinin əsası 1896-cı ildə qoyulmuşdur.
© 2019 SNG, All Rights Reserved.