Berlin School of Business and Innovation

Berlin School of Business and Innovation

Əlaqə

Berlin Biznes və İnnovasiya Məktəbi Berlinin mərkəzində ingilis dilində Bakalavr və Magistr proqramlarını təklif edir. Universitetin məqsədi məzunlarını seçdikləri sahələrdə fərqli xüsusiyyətləri olan uğurlu bir lider kimi yetişdirməkdir.

Universitet üç əsas sütun üzərində qurulub: uğur, innovasiya və liderlik. Buna görə seçdiyiniz ixtisas iş bacarıqlarınızı tətbiq etməyə və sənayeni başa düşməyə imkan verir. Peşəkar həyatınızda lazım olan bütün bacarıq və bilikləri öz sahələri üzrə mütəxəssis olan akademiklər sizə verəcəkdir. Karyera xidməti təhsil və məzuniyyət müddətində sizə uyğun iş seçimləri ilə dəstək verəcəkdir. Bundan əlavə, karyera xidməti universitetdə əmək yarmarkaları təşkil edərək, şirkət rəhbərlərini tanımaqla iş imkanları və şəbəkə haqqında məlumat əldə etməyə imkan yaradır. Bu biznes sərgiləri zamanı Alman şirkətlərinin işini daha yaxından tanımaq və onlarla şəbəkə yaratmaq şansınız olacaq.

Praktiki tədris texnikası təklif olunan bütün proqramlarda istifadə olunur. Kurslar qonaq məruzəçilərlə birlikdə iş nümunələri ilə dəstəklənir. Bu metodla həm şəbəkəni, həm də beynəlxalq şirkətlərin perspektivlərini və iş fəaliyyətini tam şəkildə öyrənə biləcəksiniz.

BSBI-nin (Berlin Biznes və İnnovasiya Universiteti) bütün proqramları, dünyaca məşhur Università Telematica Internazionale UNINETTUNO tərəfindən tərtib olunmuşdur.

Universitetdə tədris proqramları

Bakalavr dərəcəsi:

  • Biznes və İdarəetmə
  • Rəqəmsal marketinq və Sosial Media
  • Turizm və Qonaqlama işi
  • İqtisadiyyat və Biznes administrasiyası, Baza diplomu ilə
  • İqtisadiyyat və Biznes administrasiyası

Magistratura dərəcəsi:

  • Qlobal MBA - UCA
  • Turizm, Qonaqlama və Tədbirlərin təşkili - UCA
  • Rəqəmsal marketinq - UCA
  • Maliyyə və İnvestisiya yatırımı - UCA
  • MBA - CUC
  • Beynəlxalq Səhiyyənin idarə olunması - UNINETTUNO
  • Qlobal MBA - UNINETTUNO
  • Maliyyə və İnvestisiya yatırımı - UNINETTUNO
  • İnnovasiyalar və sahibkarlıq - CUC
  • Strateji marketinq - UNINETTUNO
  • Beynəlxalq Turizm, Qonaqlama və Tədbirlərin təşkili - UNINETTUNO

Doktorantura

Biznes Administrasiyası

Berlin Biznes və İnnovasiya Məktəbi

Medium default open graph imageBerlin school of business and innovation bsbi

Berlin School of Business and Innovation

Berlin Biznes və İnnovasiya Universiteti Berlinin mərkəzində ingilis dilində Bakalavr, Magistratura və Doktorantura proqramlarını təklif edir.
© 2020 SNG, All Rights Reserved.